Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.


Martın 21-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 43 sm, Qrızda 23 sm,Ordubadda 3 sm, Gədəbəydə sm olub.

Düşən yağıntının miqdarı Oğuz, Qəbələdə 7 mm, Qobustan, Şəki, Ordubadda 4 mm, Balakən, Zaqatala, İsmayıllı, Qusar, Göyçay, Gədəbəy, Şahdağ, Neftçala, Cəfərxan, Ceyrançöldə 3 mm, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Quba, Şamaxıda 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qrız, Tərtər, Lerik, Lənkəran, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyanın məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Tərtər, Bərdə, Göyçay, Beyləqan, Şahdağ, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 7, Aran rayonlarında 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}