Deputat: "Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsini Azərbaycan çəksin"


"Biz Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rusum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək".

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatından sonra bildirib.

O qeyd edib ki, bu, diplomatik münasibətləri olmayan iki ölkə arasında ilk körpü olar: "Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Halbuki, Azərbaycan Şərqi Zəngəzurda yolların tikintisini başa çatdırır", - deyə o qeyd edib.

"Ölkəmiz bərpaolunan enerjiyə keçiddə yüksək siyasi iradə göstərir. Ona görə də prezident bəyan edir ki, dünyada əksər neft şirkətləri təyinatlarını dəyişib çoxprofilli enerji kompaniyaları olur. Hökumət ötən il "Yaşıl Azərbaycan" siyasətini bir mərkəzdən idarə etmək üçün SOCAR-ı genişləndirib onu "Yaşıl Enerji Şirkəti"nə çevirə bilər. O zaman peşəkar mütəxəssis hazırlığı və iqtisadiyyatda 276 ildir hökmranlıq edən neftin hakimiyyəti zəifləyər", - deyə deputat əlavə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}