Yaponiya hərbi helikopterin qəzaya uğraması ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB


Yaponiya Müdafiə Nazirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı məlumatı təkzib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirlik Özünümüdafiə Qüvvələrinin sərəncamında olan bütün təyyarə və helikopterlərin yerini və vəziyyətini yoxlayıb.

İlkin olaraq qəza ilə bağlı məlumat Oita prefekturasının yanğınsöndürmə idarəsindən daxil olmuşdu.

09:15

Yaponiya özünümüdafiə qüvvələrinə məxsus helikopter Oita prefekturasında qəzaya uğrayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, yerli yanğınsöndürmə idarəsinə bununla bağlı müvafiq məlumat daxil olub.

Eyni zamanda, regional televiziya yerli sakinlər arasında itkilərin olmadığını bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}