Qarabağ Universitetində daha iki vakansiya elan edilib


Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.

Şəffaflıq.az-a bu barede Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olaraq tanış ola bilərlər.

Tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalarda müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələri və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}