Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin maaş artımının maliyyə tutumu açıqlanıb
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin ümumi tutumu 4,9 milyon manat təşkil edir. Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında deyib. Onun sözlərinə görə, vergi orqanlarınında, Naxçıvan istisna omaqla, 2 718 vəzifəli şəxs var. Qeyd edək ki, əsasnaməyə təklif edilən dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. S. Musayeva bildirib ki, Azərbaycanda ötən il fiskal gəlirlərin 78 %-i vergi orqanları tərəfindən təmin edilib: "Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 16 milyard manatdan çox vəsait daxil olub ki, bu da prqonozdan 1,1 milyard manatdan çoxdur". O əlavə edib ki, görülən tədbirlər nəticəsində son 5 ildə 350 mindən çox yeni əmək müqaviləsi bağlanılıb: "2019-cu ildən bəri Azərbaycanda aktiv vergi ödəyiclərin sayı 1,7 dəfə artıb".
Facebook-da paylaş