Azərbaycanın iki rayonuna yeni polis rəisləri təyin edilib


Beyləqan və Yevlax rayonlarına yeni polis rəisləri təyin olunub.

Şəffaflıq.az un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərov Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}