Bayden federal maliyyələşdirmə haqqında qanun layihəsini imzalayıb
ABŞ Prezidenti Cozef Bayden bir neçə federal departamentin 2024-cü maliyyə ilinin sonunadək maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Bu qanun layihəsi öncə ABŞ Konqresi tərəfindən təsdiqlənib. Bu, cari maliyyə ilinin sonuna – sentyabrın 30-dək bir sıra federal departamentlərin maliyyələşdirilməsinin davam etdirilməsini nəzərdə tutur. Qanun layihəsinə 460 milyard dollardan çox maliyyə vəsaiti daxildir. Qanun layihəsinin imzalanması sayəsində ABŞ hakimiyyəti “şautdaun” adlanan işin dayandırılmasının qarşısını ala bilib.
Xəbəri paylaş
Facebook-da paylaş