Bakıda islamofobiya ilə bağlı qısa film nümayiş olunub
Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransda islamofobiya ilə bağlı qısa film nümayiş etdirilib. Şəffaflıq.az xəbər verir ki, ekran əsərində müsəlmanlara qarşı törədilən şiddət səhnələri yer alıb. Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı keçirilən tədbirdə dünyanın 30 ölkəsindən alimlər beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonaq iştirak edir.
Xəbəri paylaş
Facebook-da paylaş