Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mənfəəti 30 % azalıb
Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2022-ci ili 269 min manat mənfəətlə başa vurub. Şəffaflıq.az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 30,3 % azdır. 2022-ci ildə TKTA-nın əsas əməliyyat gəlirləri 1,303 milyon manat (2021-ci illə müqayisədə 23,2 % çox), işçi heyəti üzrə xərcləri 748 min manat (38,5 % çox), amortizasiya xərcləri 55 min manat (71,9 % çox), sair əməliyyat xərcləri isı 232 min manat (2,6 dəfə çox) təşkil edib. 2023-cü il yanvarın 1-nə TKTA-nın həm aktivləri, həm də balans kapitalı 11,182 milyon manat olub ki, bu da illik müqayisədə 14,3 dəfə çoxdur. Agentliyin öhdəliyi yoxdur. Xatırladaq ki, TKTA ölkə prezidentinin 29 dekabr 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.
Facebook-da paylaş