KİV: İsrail və HƏMAS atəşkəslə bağlı əsas müddəaları razılaşdırıb


İsrail və Fələstinin HƏMAS hərəkatı yeni atəşkəs razılaşmasının və girovların mübadiləsinin əsas müddəaları barədə razılığa gəlib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Efe” agentliyi məlumat yayıb.

“Tərəflər razılığa gəliblər ki, atəşkəs 40 gün davam edəcək və bu müddət ərzində 60 yaşdan yuxarı kişilər, uşaqlar və qadınlar daxil olmaqla, 40 israilli girov İsrail həbsxanalarından 404 fələstinli məhbusun azad edilməsi müqabilində azad ediləcək,” - agentlik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Misirin paytaxtı Qahirədə bu istiqamətdə danışıqlar hələ də davam edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}