NATO-nun genişmiqyaslı təlimi keçirilir, Finlandiya ilk dəfə iştirak edir
Bu gün Şimali Atlantika Alyansının (NATO) “Nordic Response 24” adlı genişmiqyaslı hərbi təlimləri başlayır. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçirilir. Manevrlərə Norveç rəhbərlik edir. Təlim martın 15-dək davam edəcək. Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur. “Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.
Xəbəri paylaş
Facebook-da paylaş