Notariat Palatasının sədri: Mülki Məcəllədə vərəsəliklə bağlı təkmilləşməyə ehtiyac var

Mülki Məcəllədə vərəsəliklə bağlı bu və digər normaların mövcud münasibətləri kifayət qədər əhatəli tənzimləməsi üçün təkmilləşdirməyə ehtiyac var.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Notariat Palatasının sədri Hüseyn Məmmədov Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ-müasir çağırışlar” mövzusunda elmi-praktik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illər Konstitusiya Məhkəməsinin vərəsəlik hüquq normalarının tətbiqi üzrə qəbul etdiyi qərarların sayının artması da bu sahədə daim hüquqi tənzimləməyə və aydınlaşdırmalara ehtiyac olduğunu göstərir: "Vərəsəlikdə “ləyaqətsiz vərəsə” anlayışı ilə yanaşı, vərəsə ola bilməyən şəxslərin əlamətlərinin daha da dəqiqləşdirilməsi zəruridir. Mirasqoyanı həyatdan məhrum etmiş şəxsin onun vərəsəsi ola bilməməsi qanunvericilikdə konkretləşdirilməli və bunun üçün müvafiq məhkəmə hökmü yetərli hesab olunmalıdır".

H.Məmmədov bildirib ki, son dovrdə vərəsəlik hüquq münasibətlərinin və mülki dövriyyənin genişlənməsi ilə əlaqədar vərəsəlik əmlaklarının dairəsi də genişlənir: "Mülki dövriyyənin genişlənməsi son illərdə daha çox aktuallaşmış rəqəmsal aktivlərin və rəqəmsal hüquqların anlayışının qanunvericiliyə daxil edilməsini zəruri etmişdir ki, bunun üçün hüquqi baza yaradılmalı və həmin hüquqlar və aktivlər gələcəkdə miras əmlakın tərkibinə daxil edilməlidirlər. Bundan başqa, Mənzil Tikinti Kooperativlərində payların real miras kütləsinə və daşınmaz əmlak obyektinə çevrilməsi üçün həmin payların dövlət qeydiyyatına alınması da bir zərurətdir və bu reallaşdığı halda mülki dövriyyənin daha çevikləşməsi imkan yaranacaq".



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}