Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb


Azərbaycanın bu il yanvarın 1-nə 6 milyard 461,2 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 87,9 %-i elə dollarda olub.

Şəffaflıq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 5,4 %, yapon yeni 2,9 %, digər valyutalar 0,5 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 43,1 %-ni, sabit dərəcə ilə olanlar isə 56,9 %-ni təşkil edib.

Xarici dövlət borcunun 52,5 %-i 5 ilə qədər olan müddətdə, 40,3 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7,2 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun 55,7 %-i çoxtərəfli maliyyə institutları üzrə, 35,4 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 8,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.

Xarici dövlət borcunun 35,4 %-i avrobondlar üzrə, 29,9 %-i Asiya İnkişaf Bankı üzrə, 14,9 %-i Dünya Bankı üzrə, 19,8 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.

Xarici dövlət borcunun 47,9 %-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 52,1 %-i isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}