I Liqa klubunun məşqçisi hakimləri təhqir etdiyi üçün cəzalandırılıb


Futbol üzrə I Liqa klubu MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyi üçün cəzalandırılıb.

Şəffaflıq.az xəbər verir ki, XV turda “Qaradağ Lökbatan”la keçirilən oyunun sonlarında qırmızı vərəqə alan mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.

Ordu klubu buna görə 400 manat cərimə edilib. “Hərbçilər”in futbolçusu Nazim Məmmədzadə isə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}