Türkiyə XİN: Xocalı faciəsi insanlıq tarixinə qara bir ləkə olaraq keçib
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, - paylaşımda bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş