Malidə ağır yol qəzasında 15 nəfər ölüb
Malidə avtobus və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 15 nəfərin ölümü, 46 nəfərin yaralanması ilə nəticələnib. Şəffaflıq.az AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mopti şəhərindən paytaxt Bamakoya yol almış avtobus “əks istiqamətdə hərəkət edən 10 tonluq yük maşını ilə toqquşub”. “İlkin məlumata görə, 15 nəfər ölüb və 46 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır”, – qurumun açıqlamasında qeyd olunub.
Xəbəri paylaş
Facebook-da paylaş