Rəsədxanadan geomaqnit sahəsi ilə bağlı açıqlama
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. Rəsədxanadan verilən məlumata görə, Günəşin fəallığı artaraq, maksimal sinifli alışma 3576 oblastındakı X2.5 sinifli alışma olub. Alışmalar nəticəsində Günəşin cənub qütbü yaxınlığında nadir qeydə alınan filament püskürməsi qeydə alınıb. Hazırda sönmə prosesi davam edir. Hazırda Günəş küləyinin sürəti normaldır (278 km/san). Günəş küləyinin sürətinin fevralın 16-da baş vermiş tac kütlə atılmalarının təsiri ilə fevralın 19-20-də bir qədər artacağı gözlənilir. Geomaqnit sahəsinin sakit, lakin qeyri-stabil olacağı proqnozlaşdırılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş