Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, günün ikinci matçında "Zirə" "Qəbələ"nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərində 14-cü dəqiqədə Ülvi İsgəndərov hesabı açıb. 19-cu dəqiqədə İlkin Muradov tarazlığı bərpa edib. Xallarının sayını 31-ə çatdıran paytaxt klubu 4-cü pillədə qalıb. "Qəbələ" isə 15 xalla sonuncu - 10-cu sıradadır. Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" evdə "Neftçi"yə qalib gəlib - 2:1. Tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.
Facebook-da paylaş