Azərbaycan səfirliyi ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib


Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının sosial şəbəkədəki

paylaşımında qeyd olunub.

“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, – paylaşımda diqqətə çatdırılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}