ADPU-nun Şamaxı filialında payız semestrinin imtahan sesiyası öz işini uğurla davam etdirir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında payız semestrinin imtahan sesiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il 15 dekabr tarixli 3-29/3-2 721/2023№ qərarına uyğun olaraq keçirilir. (ADPU) Şanaxı filialından Şəffaflıq.az-a verilən məlumata görə, imtahanlar bir qayda olaraq saat 9:00-da başlanır və 3 akademik saat davam edir. İmtahanların müvafiq qaydalara uyğun keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur. Həmçinin imtahan prosesinin operativ və şəffaf keçirilməsi üçün imtahan rəhbərləri və nəzarətçi heyəti imtahan prosesinə cəlb olunur. İmtahanlar başa çatdıqdan sonra ayrılmış otaqda kodlaşma aparılır və imtahanlar həmin gün yoxlanaraq nəticəsi tələbələrə açıqlanır. İmtahan sessiyasının mövcud tələblərə uyğun, o cümlədən imtahan cədvəlləri üzrə müəyyən edilmiş qaydada keçirilməsinə nəzarət etmək, imtahanlarla bağlı digər çatışmazlıqları operativ şəkildə təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə İmtahan Qərargahı fəaliyyət göstərir. Qeyd edək ki, İmtahan qərərgahına bu günə qədər yazılı və ya şifahi formada heç bir şikayət daxil olmamışdır. İmtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində obyektivliyi və düzgün qiymətləndirməni təmin etmək üçün Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahanın nəticəsindən narazı qaldıqları halda Apellyasiya Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir. Bu günə kimi apellyasiya komissiyasına 24 nəfər tələbə ərizə ilə müraciət edib. Onların imtahan vərəqlərinə yenidən baxılıb və obyektiv qəraq çıxardılıb. Həmçinin, tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı rəylərini öyrənmək məqsədilə filialda “Rəy və təkliflər qutusu” hazırlanıb, tələbələrin öz fikirlərini bildirmələri üçün şərait yaradılıb. Bütövlükdə filialda imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. Filialda imtahanın gedişində iştirak etmək istəyən hər kəs üçün hər gün “Açıq qapı” günü kimi elan olunub və onların imtahanlarda iştirak etmək istəyənlərin iştirakı təmin olunur. Yanvarın 22-də növbəti bir neçə valideyn imtahanlarda iştirak edərək, imtahanların gedişatını, cavab vərəqlərinin kodlaşdırılması və yoxlanılması prosesini izləyiblər. Filialın direktoru dosent Tünzalə Yusifova valideynlərin imtahanlarda iştirak etmək istəyini yüksək qiymətləndirib və onları imtahan prosesi ilə yaxından tanış edib. İmtahanları izləyən valideynlər prosesin təşkili və gedişatından çox razı qaldıqlarını bildiriblər. Onlar imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunduğunu vurğulayıblar. Valideynlər imtahan prosesi ilə bağlı fikirlərini filialın rəy və təkliflər kitabında da qeyd ediblər. Qeyd olunub ki, imtahan nəticələrinin vaxtında bəlli olması tələbələrin növbəti imtahan üçün psixoloji cəhətdən hazırlığına şərait yaradır. Bu da öz növbəsində uğurların davamına təminat verir. Valideynlərin bir neçəsinin “Rəy və təkliflər” kitabında yazdıqları rəylər: Mənim qızım ADPU-nun Şamaxı filialında təhsil alır. Mən filialda imtahanların gedişatından çox razı qaldım. (İntiqam Salmanov) Mənim evladım filialın Tarxi və coğrafiya ixtisasında təhsil alır. İmtahanlarda iştirak etdim və razı qaldım. (Abdullayev Novruz) Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində filialda vətəndaş cəmiyyəti platformasının resurslarından geniş istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai Şura yaradılıb. Yanvarın 24-də filialda İctimai şuranın üzvləri imtahanlarda iştirak ediblər. Onlar imtahanların keçirilməsi qaydaları və tələbələrin imtahanda iştirakı və hazırlıq səviyyələri ilə yaxından tanış olublar. Filialda yaradılan İctimai Şuranın üzvlərindən Şamaxı Regional Kollecinin direktoru İlham Vəliyev, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı Rayon Ağsaqqallar şurasının sədri, dosent Alıcanov Mayıl, filialın Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov, həmçinin Dağlıq Şirvan Regional Təhsil idarəsinin əməkdaşı Anar Osmanov və valideynlər tələbələrin imtahan prosesini izləyib, filialda yaradılan obyektiv imtahan şəraiti ilə tanış olublar. İctimai şura üzvləri və valideynlər həmçinin filialın tədris binasında son dövrlər aparılan yeniliklərlə- filialın İnklüziv təhsil mərkəzi, yeni hazırlanmış Vebinar otağ, Steam otağı və s. ilə tanış oldular. Yekun olaraq şura üzvləri hər biri imtahanların keçirilmə prosesinin obyektivliyi və şəffaflığından son dərəcə razı qaldıqlarını bildirdilər. İctimai şuranın üzvlərinin imtahan prosesi ilə bağlı fikirləri: Şamaxı Regional Kollecinin direktoru İlham Vəliyev: ADPU-nun Şamaxı filialında tələbələrin həm tədrisi, həm də obyektiv qiymətləndirilməsi üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılmışdır. Belə bir mühitdə tədris almaq gələcək müəllim kadrlarının stimullaşdırılmasına mühim töhvədir. Dağlıq Şirvan Regional Təhsil idarəsinin əməkdaş Anar Osmanov: Filialda imtahanların keçirilmə qaydası olduqca obyektiv və şəffaf aparılır. Burada tələbələr üçün yaradılmış şəraitdən son dərəcə razı qaldım.
Facebook-da paylaş