Ceyhun Bayramov maldivli həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində Maldiv adalarından olan xarici siyasət idarəsinin rəhbəri Mosa Zamerlə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub.

Həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri barədə danışılıb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}