Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxs sığorta brokerinə və 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Bu barədə tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar yanvarın 10-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş