Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib


17-01-2024, 15:01


Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxs sığorta brokerinə və 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

Bu barədə  tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar yanvarın 10-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.

Şəffaflıq.az


Geri qayıt