Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məlum olub
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib. Cədvəli təqdim edirik: 15 yanvar 2024-cü il Televiziyada “Dəyirmi masa” formatında Həftənin günləri Efirəçıxma tarixi Efirəçıxma vaxtı Bazar ertəsi, çərşənbə və cümə 15.01.2024 21.00 17.01.2024 19.01.2024 22.01.2024 24.01.2024 26.01.2024 29.01.2024 31.01.2024 02.02.2024 05.02.2024 Radioda “Dəyirmi masa” formatında Həftənin günləri Efirəçıxma tarixi Efirəçıxma vaxtı Çərşənbə axşamı, cümə axşamı və şənbə 16.01.2024 21.00 18.01.2024 20.01.2024 23.01.2024 25.01.2024 27.01.2024 30.01.2024 01.02.2024 03.02.2024 Ayrılmış efir vaxtı istifadəçilərinin masa ətrafında yerləşdirilməsi və aparıcı tərəfindən “Dəyirmi masa”nın aparılma ardıcıllığı Namizədin soyadı, adı, atasının adı Aparıcıdan sağda solda 1. Oruc Zahid Məhərrəm oğlu 1 2. Mustafa Fazil Qəzənfər oğlu 2 3. Əliyev İlham Heydər oğlu 3 4. Musayev Elşad Nəbi oğlu 4 5. Həsənquliyev Qüdrət Müzəffər oğlu 5 6. Nurullayev Razi Qulaməli oğlu 6 7. Əliyev Fuad Ağasi oğlu 7 İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək. Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq. İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmiş qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər.
Facebook-da paylaş