Əsas Səhifə > SİYASƏT > Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məlum olub
Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məlum olub15-01-2024, 23:45 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib. Cədvəli təqdim edirik: 15 yanvar 2024-cü il Televiziyada “Dəyirmi masa” formatında
Radioda “Dəyirmi masa” formatında
Ayrılmış efir vaxtı istifadəçilərinin masa ətrafında yerləşdirilməsi və aparıcı tərəfindən “Dəyirmi masa”nın aparılma ardıcıllığı
İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək. Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq. İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmiş qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər. Geri qayıt |