AZMİU-nun tələbə yataqxanası bərpa olunur
"Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanası yenidən bərpa olunur". Şəffaflıq.az xəbər verir ki, bunu AZMİU-nun rektoru Gülçöhrə Məmmədova “F-Holding”in təşkilatçılığı ilə ispan memarlarının universitetə səfəri zamanı təşkil olunan tədbirdə məlumat verib. O bildirib ki, Azərbaycan əraziləri işğal olunanda yurdlarından didərgin düşən vətəndaşlar universitetin yataqxanasında məskunlaşmışdılar: "Artıq torpaqlarımız işğaldan azad olunub. Vətəndaşlar doğma yurdlarına geri qayıdır. Tələbələr üçün universitetin yataqxanası yenidən bərpa olunur". Rektor qeyd edib ki, 30 il müddətində dağıdılan şəhərlərimiz yenidən bərpa olunur: "Biz də çalışırıq ki, təhsilimizi yüksək səviyyədə quraraq məzunlarımızın memarlığın ən qabaqcıl təcrübəsinə uyğun şəkildə həmin ərazilərdə bərpa - quruculuq işlərində fəaliyyət göstərməsinə dəstək olaq".
Facebook-da paylaş