Qüdrət Həsənquliyev: “KİV-lərə ayrılan vəsaiit artırmalıdır” şəffaflıq və ədalət ptinsipi tam təmin edilməyib.

 “Hesab edirəm ki, büdcə layihəsi hazırlanarkən şəffaflıq və ədalət ptinsipi tam təmin edilməyib. Azərbaycan prezidenti dəfələrlə vurğulayıb ki, büdcə layihələri qənaətlə və səmərəli istifadə olunmalı, investisiya layihələri şişirdirməməlidir. Təəssü ki, biz millət vəkilləri bu məsələdə prezidentə kömək etmək imkanı xaricindəyik”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclaısnda çıxış ızamanı səsləndirib.
Millət vəkili bildirib ki, büdcə sistemi haqqında qanuna zidd olaraq dövlət investisiya proqramının layihəsi büdcə zərfinə daxil edilməyib: "Ona görə də bizm neçə obyekt tikiləcəyi, hansı obyektin tikintisinə nə qədər vəsait ayrılması barədə ən kiçik məlumatımız belə yoxdur. Hesablama Palatası 34 dövlət proqramı, 4 tədbirlər proqramı, 7 tədbirlər planı ilə əlaqədar olaraq 15 icraçı quruma məktub göndərib və icraçı qurumlar tərəfindən verilən təkıliflər əksər hallarda ümumi şəkildə əsaslandırılıb, konkret hədəflər göstərilməyib.
Hesablama Palatasının rəyində bu cür qeyd olunur. Bununla Hesablama Palatası əlsində prezidentin dediklərini təsdiq edib. Söhbət büdcə əxərclərinin 37,9 faizini təşkil edən 10 milyard 209, 9 milyon manatın xərclənməsindən gedir. Bununla yanaşı gələn il 951 milyon manat xarici kredit hesabına dövlət əsaslı vəsait qoyuluşu nəzərdə tutulutr. Xarici borc üzrə büdcədən 1 milyard 828 milyon vəsaitin geri qaytarılması göstərilib.
Biz bilirik ki, götürülən kreditlər də əsasən tikintiyə sərf olunur. Ona görə də dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisdə təsdiq olunmalıdır. Çünki o pulları biz büdcədən qaytarırırq. Əlbəttə o pulların səmərəli istifadə olunduğu sahələr var. Məsələn mən bir neçə gün bundan əvvəl APA İnformasiya Agentliyinin yaydığı bir məlumatla tanış oldum. Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi qlobal rəqabətlilik hesabatında Azərbaycan Dəmir Yollarının səmərəlilik indeksi 70,8 faiz olub. Bu sahədə islahatlar real olaraq həyata keçirilir və hər bir vətəndaşı məmnun edir.
Amma "Azərenrji"yə dəfələrlə artıq vəsait yönəldilib. Buna baxmayaraq keçən ilin yayında Mingəçevirdə baş verən qəza nəticəsində ölkənin yarısı qaranlığa qərq oldu. Biz xarici dövlətlərdən elektirik enerjisi almaq məcburiyyətində qaldıq. Ümid edirəm ki, yeni rəhbərlik orada da köklü dəyişikliklərə nail olacaq. Duinq Biznes hesabatında Azərbaycan 190 ölkə arasında 34 –cü yeri tutur. Amma bu ilin 9 ayında əsas kapitala investisiyaların həcmində 49. 4 faiz paya malik olan sənaye invesrisiyaları 10 faiz, xarici investisiyaların həcmi 27, 6 faiz azalıb. Bu da onu gösətirir ki, biz iqtisadi sferanı tənzimləyən, biznes mühitini yaxşılaşdıran qanunlar qəbul etməklə yanaşı qanunların aliliyini təmin etmək məqsədilə məhkəmə hüquq islahatlarını da dərinləşdirməliyik. Təqdim olunan sənədlərdən görünür ki, neft hasilatı 2, 8 faiz azalıb, qaz hasilatının 29,3 faiz artması isə ümumi neft-qaz sektorunda yalnız 1 faizlik artımı təmin edib. Neft sektoru büdcə gəlirlkərinin 56, 1 faizini təşkil edir. Əgər neftin qiyməti və hasilatı azalacaqsa biz gələcəkdə maliyyə problemləri ilə üz -zə qalacağıq. Mən hesab edirəm ki, bundan yayınmaq üçün qeyri neft sekrorunun və özəl sektorun inkişafına xüsusi diqqət yetirməliyik. Dövlət biznes fəaliyyəti ilə məşğul olmamalıdır. İqtisadiyyatda proteksianizmə son qoyulmalıdır. Biz böyük özəlləşməyə getməliyik. Gələn il özəlləşmədən büdcəyə 62 milyon vəsaitin dazil oması proqnozlaşdırılır ki, bu da çox kiçik rəqəmdir. Məsələn bu günlərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiiq üzrə fəaliyyət göstərən özəl sektorun nümayəndələri mənə müraciət edərək deyirlər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlətə məxsus kabel kanalizasiya qurğularından istifadəyə Bakı Telfon Rabitəsi MMC və Aztelekom MMC vasitəsilə qadağa qoyub. Özləri isə artıq müsair dünyada istifadə olunmayan və mənən köhnəlmiş qurğulardan istifadə etməklə keyfiyyətli xidmət göstərə bilmirlər. Söhbət 21 özəl şirkətə yaradılan problemlərdən gedir. Hesab edirəm ki, müvafiq strukturlar bu məsələn aydınlaşdırıb tədbir görəcəlklər".
Millət vəkili onu da qeyd edib ki, islahatlarla bağlı xərclərə 878 milyon manat vəsait ayrılıb: "Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə 226 milyon manat ayrılıb Porezidentin Ehtiyat Fonduna 300 miylon manat ayrılıb. Əslində bu vəsaitlərə biz nəzarət edə bilmirik. Sonda mən deputat həmkarım o fikrini də dəstəkləyirəm ki, hokumət hesab edirəm siyasi partiyalara, QHT-lərə və KİV-lərə də ayrılan vəsaiit artırmalıdır”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}