Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi



Kanada hakimiyyəti nüvə sazişi ilə bağlı məhdudiyyətlərin müddəti bitdikdən sonra İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, İranın raket proqramına görə BMT-nin tətbiq etdiyi sanksiyalar oktyabrın 18-də başa çatıb.

Qurumdan bildirilib ki, İranın nüvə və raket proqramları ilə bağlı narahatlıqlar qaldığı üçün Ottava ABŞ, Böyük Britaniya və Aİ ilə koordinasiyada Tehrana təzyiq göstərməyə davam edəcək.

Yeni sanksiyalar İran proqramlarında iştirak edən, dəstəkləyən, yardımçı və ya maliyyələşdirən 18 şəxs və 56 təşkilata qarşı tətbiq edilib.

XİN-in bəyanatında deyilir ki, sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), həmçinin əlaqədar təşkilatların indiki və keçmiş yüksəkvəzifəli məmurlarını da hədəf alır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}