Macarıstanda Nizami Gəncəvinin büstünün açılışı olacaq
Macarıstanda Nizami Gəncəvinin büstünün açılış mərasimi olacaq. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün Macarıstanın Budapeşt şəhərinə səfər edəcək. Milli Məclisin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli səfər çərçivəsində bu ölkənin Lakitelek şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimində iştirak edəcək, o cümlədən Macarıstan parlamentində ikitərəfli görüşlər keçirəcək. Səfər oktyabrın 19-da başa çatacaq.
Xəbəri paylaş
Facebook-da paylaş