Dunya Miyatoviç Azərbaycana gələcək
Avropa İttifaqı (Aİ) Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç 16-23 oktyabr tarixlərində Ermənistana və Azərbaycana, o cümlədə, Qarabağa səfər edəcək. Şəffaflıq.az istinadən bildirir ki, Miyatoviç insan hüquqları ilə bağlı vəziyyətə xüsusi diqqət yetirəcək. Komissar dövlət məmurları, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Səfərin yekunları ilə bağlı bəyanat dərc olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş