“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı keçiriləcək

Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində növbəti ümumrespublika bilik yarışı keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

İştirakçılar “Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü” və digər mövzularda biliklərini sınayacaqlar.

Qeyd edək ki, komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materiallarla tanış olublar. Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət komanda təmsil edəcək. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən I, II və III yerləri tutan komandalar mükafatlandırılacaq.

Xəbəri paylaş

Facebook-da paylaş

{sape_links}{sape_article}