Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: “Son iki ildə ermənilər atəşkəs rejimini 258 dəfə pozublar”
“Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağda atəşkəs rejiminin icrasına nəzarət və monitorinq etmək məqsədilə yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz işini davam etdirir”. “Haber Global”ın məlumatına görə, bu barədə mərkəzdən xəbər verilib. Bildirilir ki, regionda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində fəaliyyət göstərən mərkəz öz kəşfiyyat və müşahidə avadanlığı, o cümlədən PUA-ları ilə pozuntuları müəyyən edir və həmin faktlar sənədləşdirilir. “Bu çərçivədə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tərəfindən 30 yanvar 2021-ci il tarixindən etibarən Ermənistan tərəfindən 258 atəşkəs pozuntusu müəyyən edilib”, - deyə məlumatda vurğulanıb. Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir. Şəffaflıq.az
Facebook-da paylaş