Əsas Səhifə > SON XƏBƏR > Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: “Son iki ildə ermənilər atəşkəs rejimini 258 dəfə pozublar”

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: “Son iki ildə ermənilər atəşkəs rejimini 258 dəfə pozublar”


22-09-2023, 13:52



“Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağda atəşkəs rejiminin icrasına nəzarət və monitorinq etmək məqsədilə yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz işini davam etdirir”.

 “Haber Global”ın məlumatına görə, bu barədə mərkəzdən xəbər verilib.

Bildirilir ki, regionda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində fəaliyyət göstərən mərkəz öz kəşfiyyat və müşahidə avadanlığı, o cümlədən PUA-ları ilə pozuntuları müəyyən edir və həmin faktlar sənədləşdirilir.

“Bu çərçivədə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tərəfindən 30 yanvar 2021-ci il tarixindən etibarən Ermənistan tərəfindən 258 atəşkəs pozuntusu müəyyən edilib”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir.

Şəffaflıq.az


Geri qayıt