Bu gün Day.az informasiya portalının yaranma günüdür.
Şəffaflıq.az-ın xəbərinə görə, saytın fəaliyyətə başlamasından 20 il ötür. Day.az Azərbaycanın internet məkanında həm daxilolma sayına, həm də oxuculara təqdim edilən imkanlara görə liderlərdən biri olmaqda davam edir. Son illər ərzində bu informasiya portalı dünyada ən son tendensiyalara uyğun olaraq texnoloji baxımdan yenilənib. Saytın bazasında Azərbaycanda bu günədək yeganə olan çoxfunksiyalı portal yaradılıb. Day.az özünün @day.az poçt xidmətini, “NewsTube” videohostinqini, Azərbaycanın bütün bölgələri üzrə ətraflı hava proqnozunu təqdim edən “weather.day.az” platformasını, Heydər Əliyev Beynəlxalq hava limanında aviareyslərin onlayn cədvəlini (avia.day.az), ölkənin bütün banklarında valyuta məzənnələri xidmətini (azn.day.az) və bir çox digər xidmətləri əhatə edir. İnformasiya portalının bu xüsusiyyətləri və imkanları ona Azərbaycanda ən çox ziyarət edilən saytlardan biri qalmağa imkan verir. Day.az-ın sosial şəbəkələrdə də populyarlığı sürətlə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, Day.az feysbuk səhifəsinə 208 mindən çox real istifadəçi, “NewsTube”a isə təxminən 620 min unikal istifadəçi abunə olub. Bundan başqa, portal “X” sosial şəbəkəsində və teleqramda da auditoriyasını genişləndirir. Şəffaflıq.az-ın kollektivi adından, Day.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!Day.az informasiya portalının 20 yaşı tamam olur
Facebook-da paylaş