Tahir Məmmədovun Şamaxıya verdiyi Yeni Nəfəs: Rayonun tarixi şöhrəti necə bərpa edilir?
Qeyd edim ki, cənab Prezidentin öz kadr siyasətində gənclərə etimad göstərməsi bu addımın özünü doğrultmasına dair çox mühüm nümunə mövcuddur. Bu nümunə təqribın 1 il əvvəl – 2018-ci il oktyabrın 30-da Tahir Məmmədovun Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması liə yaranıb. Prezidentin haqqında danışılan qərarının, yəni Tahir Məmmədovun Şamaxı kimi böyük bir rayona rəhbər təyin edilməsinin nə dərəcədə faydalı olduğunu şamaxılılar, o cümlədən, mənim qədər Şamaxı ilə sıx bağlılığı olanlar çox yaxşı bilir.
Çox təəssüf ki, Azərbaycanın müstəqilliyinin bərpasından keçən onilliklər ərzində Şamaxıya rəhbər göndərilən kadrlar rayonun nəinki əsas, heç elementar problemlərinin də həll olunması üçün bir iş görmədilər. Bacarmadılar, yoxsa istəmədilər, bu, artıq, başqa məsələdir. Fakt faktlığında qalır ki, Tahir Məmmədov uzun müddət baxımsız qalmış Şamaxıya icra başçısı təyin olunduqda, öz sələflərindən problemlərlə dolu ağır bir “miras” qəbul etmişdi. Ancaq sevindirici haldır ki, Tahir müəllim vəzifəsinin icrasina başladığı ilk gündən etibarən, özünü bu torpağın övladı sayaraq, rayonun üzləşdiyi problemlərin həlli istiqamətində addımlar atdı və əhalini narahat edən məsələləri şəxsən öyrənmək üçün daim sakinlərin arasında oldu. Azərbaycanda bir icra başçısının qəbul günləri qrafikini ləğv edərək, hər gün “Açıq qapı” keçirərək, sakinləri qəbul etməsi nə qədər fantastik görünsə də, Tahir Məmmədov ölkədə belə bir nümunənin əsasını qoyub. Başqa bir örnək. Tahir müəllim “mühafizəçilərin” müşayiəti olmadan daim xalqın arasındadır və rayonun istənilən sakininin asanlıqla ona yaxınlaşaraq, sözünü söyləməsi ən adi hala çevrilib. İcra başçısı özünü sıravi vətəndaşlardan seçməyərək, imkanı daxilində sakinlərin xeyir-şər məclislərində iştirak edir. Şamaxıdakı şəhid və qazi ailələri isə hər zaman onun diqqət mərkəzindədir, onlarla görüşür, ən kiçik problemin də onları rahatsız etməsinə imkan vermir.
Şamaxı rayonu bu günm həqiqətən də, quruculuq meydanını xatırladır. Az qala 30 ildir, yol problemindən əziyyət çəkən rayonun bu köklü məsələsi artıq öz həllini tapmaqdadır, istər rayon mərkəzində, istərsə də kəndlərin yolları tamamilə yenidən qurulub, müasir standartlara tam uyğunlaşdırılıb. Tək-tük kəndin yol probleminin aradan qaldırılması üçün işlər hazırda davam etdirilir. Bu sözləri eynilə su probleminə də aid etmək olar. Əlverişli təbii iqliminə baxmayaraq, susuzluqdan ciddi əziyyət çəkən Şamaxı rayonunda bu problemin həlli istiqamətində real addımlar da məhz Tahir Məmmədovun gəlişindən sonra atılmağa başlayıb, rayon mərkəzinin su-kanalizasiya sistemi sıfırdan qurulub. Tahir müəllim həmçinin Şamaxının mədəni həyatının canlandırılmasına da ciddi diqqət yetirir. Rayonda çox sayda kitabxananın fəaliyyəti bərpa olunub, mədəniyyət obyektləri istifadəyə verilib.
Coğrafi mövqeyinə görə çoxdan beynəlxalq turizm zonasına çevrilməli olan Şamaxının turizm potensialının gücləndirilməsi yönündə ciddi işlərin görülməsi də Tahir Məmmədovun adı ilə bağlıdır. Məhz o işlərin sayəsində Şamaxıya xarici turistlərin axını yaranıb. İnfrastrukturun bərbadlığına görə əcnəbi turistlərin yan qaçdıqları Şamaxıda son bir ildə turist bumu yaşanmaqdadır. Bu yerdə təəssüflə başqa bir məqama da toxunmaq lazım gəlir. Xatırlayırsınızsa, Prezident İlham Əliyev keçirdiyi müşavirədə müxtəlif dövlət məmurlarının mətbuat vasitəsilə öz həmkarlarını davamlı şəkildə “vurduqlarını” deyərək, belə hallara son qoyulmasını tələb etmişdi. Acınacaqlı haldır ki, Tahir Məmmədovun Şamaxıda həyata keçirdiyi nümunəvi fəaliyyətə də yumşaq desək, kölgə salmağa, onu “sarı mətbuat”da qaralamağa çalışan çevrələr də var. Lakin bu böhtanlara ən tutarlı cavab Tahir Məmmədovun Şamaxıda gördüyü quruculuq işləri, rayonun çoxsaylı problemlərini uğurla həll etməsidir.
Tahir Məmmədovun icra başçısı təyin olunmasından sonra Şamaxı həm də bir sıra mühüm beynəlxalq və ölkə əhəmiyyəıi tədbirlərə uğurla ev sahibliyi etməkdədir.
Bu sırada 2019-cu il 8-14 iyul aralığında “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” və Heydər Əliyev Fondunun, bu qurumun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın birbaşa dəstəyi və iştirakı ilə Azərbaycan Üzüm və Şərab Festivalının Şamaxıda keçirilməsi xüsusi qeyd oluna bilər. Eyni zamanda, “Nəsimi ili” çərçivəsində böyük şairimizin ana yurdu olan Şamaxıda silsilə tədbirlərin keçirilməsi Tahir Məmmədovun cənab prezidentin ona göstərdiyi etimadı layiqincə doğrultmasının təsdiqidir.
Qeyd olunmalıdır ki, Şamaxının tarixi şöhrətinin bərpası və rayonda həyata keçirilən işlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Eyni zamanda, Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyeva da Şamaxıda həyata keçirilən işlərlə yaxından maraqlanır, imkan daxilində özü də rayona baş çəkir. “Nəsimi ili”ndə dünya şöhrətli həmyerlimiz Sami Yusifin Şamaxıya, Meysəri kəndinə səfəri, rayondakı tarixi abidələri ziyarət etməsi də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub. Əlbəttə ki, cənab Prezident İlham Əliyevin də Şamaxıya xüsusi diqqəti-qayğısı qeyd olunmalıdır. Dövlət başçısının Şamaxıda baş verən zəlzələdən sonra rayona səfər etməsi, zərərçəkən vətəndaşlarla görüşərək, onlara dəstək olması sakinlər üçün unudulmaz xatirəyə çevrilib. Cənab Prezidentin bu səfəri zamanı ağbirçək qadınla söhbəti, yüksək sayğı və mədəniyyət nümayiş etdirərək, onun əlindən öpməsi dövlət başçısını Şamaxılıların nəzərində daha da yüksəldib.Sözsüz ki, xalqın cənab Prezidentə dərin rəğbət və ehtiramının bir səbəbi də dövlət başçısının Şamaxı rayonuna icra başçısı təyin etdiyi Tahir Məmmədovun gördüyü işlər nəticəsində yerli əhalinin qəlbinə yol tapması, rayon sakinlərinin bütövlükdə iqtidara dəstəyini möhkəmləndirən fəaliyyətə imza atmasıdır.OnlinePress.az
Toğrul Allahverdili
Şamaxı
Facebook-da paylaş