Anar Bağırov Naxçıvanda vəkilliyin inkişafı üçün görülən tədbirləri açıqlayıb


"Naxçıvanda vəkillərin sayının artması üçün əvvəlcə vaxtaşırı olaraq imtahanlar və qəbul keçirilməlidir".

"Report"-un xəbərinə görə, bu fikirləri Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, Naxçıvanda vəkilliklə bağlı təbliğat işləri aparılmalıdır:

"Orada vəkilliyin nüfuzu Azərbaycanın digər əraziləri ilə müqayisədə daha aşağıdır. Hüquqşünaslar daha çox hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmək istəyirlər. Ancaq indi tendensiya dəyişir. Biz gənc tələbələrlə fəal şəkildə iş aparırıq. Naxçıvan Vəkillər Kollegiyasına yeni rəhbər seçildi və onlar çox fəaldır. Əminəm ki, görülən tədbirlər nəticəsində Naxçıvanda qısa müddətdə vəkillərin sayı xeyli artacaq. Vəkillik orada ən populyar hüquq peşəsi olacaq".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}