Elçin Sadıqovun həbsi ilə bağlı Vəkillər Kollegiyasından BƏYANAT



“Elçin Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyil”.

Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yaydığı məlumatda bildirib.

Məlumatda deyilir ki, Vəkillər Kollegiyası tam müstəqil təsisatdır və onun fəaliyyətinə bu və ya digər qaydada müdaxilə yolverilməzdir:

“Vəkil E.Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyildir. Bu məsələ ilə əlaqədar siyasiləşmiş, vəkilliyin ümumi maraqlarına cavab verməyən başqa maraqlara qulluq edən şəxslərin manipulə edilməsini, vəkilliyin qanuni mənafeyinə zidd kampaniyaların təşkilini qətiyyətlə pisləyirik. Belə manipulyasiyalar müstəqil vəkillik institutuna zərər vurur.

Vəkillər Kollegiyası vəkilləri diqqətli olmağa, bu və ya digər dəqiq olmayan məlumatları bəyan və ya dərc etməməyə, cəmiyyətdə vəkilliklə bağlı yanlış təsəvvür yaratmamağa dəvət edir.

Rəyasət Heyəti vəkilin həbsi ilə bağlı məsələnin onun diqqət mərkəzində olduğunu qeyd edərək və yaranmış suallarla bağlı bilavasitə Rəyasət Heyətinin Aparatına müraciət olunmasını xahiş edir”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}