Lionel Messinin komandası “İnter Mayami” ABŞ Kubokunda finala yüksəlib.
Lionel Messinin komandası “İnter Mayami” ABŞ Kubokunda finala yüksəlib. Şəffaflıq.az-ın məlumatına görə, Florida ştatının təmsilçisi yarımfinalda “Sinsinnati”ni məğlub edib. Sinsinnatidə keçirilən görüş 3:3 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “İnter Mayami” rəqibini 5:4 hesabı ilə üstələyərək, finala vəsiqə qazanıb. Qarşılaşmada iki məhsuldar ötürmə verən Messi penaltilər seriyasında da zərbəni dəqiq yerinə yetirib. Argentinalı futbolçu ABŞ klubunun heyətində ilk dəfə bir görüşün əsas vaxtında qol vura bilməyib. “İnter Mayami”nin finaldakı rəqibi “Hyuston Dinamo” olacaq. Həlledici qarşılaşma avqustun 27-də Hyustonda keçiriləcək.
Facebook-da paylaş