“Nəfəs almaqda çətinlik çəkir” - Strelkovun həbsxanada səhhəti pisləşib


Bir aya yaxındır həbs edilən Donbas separatçılarının sabiq lideri İqor Strelkovun(Qirkin) səhhətində problemlər yaranıb.

Şəffaflıq.az   xəbər verir ki, bunu Qirkinin arvadı Miroslava Reqinskaya xəbər verib.

Reqinskaya deyib ki, Qirkinin vəkili Hacı Əliyev ona həbsxanada baş çəkib. Vəkilin verdiyi məlumata görə, Strelkov nəfəs almaqda çətinlik çəkir: “İqorun səhhəti pisləşib, xroniki xəstəlikləri kəskinləşib, qolu zəifləməyə başlayıb, nəfəs almaqda çətinlik çəkir. Buna baxmayaraq, onu müayinə etmirlər...”

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.


Xatırladaq ki, qatı şovinist və millətçi baxışları ilə seçilən və Rusiya hakimiyyətini “Ukraynada var gücü ilə döyüşmədiyi üçün” tənqid edən Qirkin iyulun 23-də ekstremizm maddəsi ilə həbs edilib. 

Onu da qeyd edək hüquqlarını qoruyan tanınmış vəkil Hacı Əliyev Dağıstanda doğulub. Açıq mənbələrdə vəkilin milliyyəti barədə məlumata rast gəlinmir. Lakin Qirkinin tərəfdarları qeyri-rus millətindən olduğu üçün Əliyevin vəkil təyin olunmasına etiraz ediblər. Baxmayaraq ki, onu Qirkinin özü və həyat yoldaşı vəkil kimi tutublar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}