Günün qoroskopu: 04 noyabr
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Səhər çağı xeyli gözlənilməz hadisə baş verəcək ki, bunların ucbatından planlarınızı dəyişməli olacaqsınız. Ailə məsələləri nəzarət altından çıxır, yaxşı olar ki, indi onlarla faydasız mübarizə aparmaq əvəzinə, şəraitə uyğunlaşasınız. Yaşlı kişi qohumlarınızla razılığa gəlmək xüsusilə çətin olsa da, onların da qəlbinə yol tapacaqsınız.
Günün ikinci yarısı isə çox xoşdur. Məhsuldar işləyəcək, bir çox problemləri həll edəcəksiniz. Öz nailiyyətlərinizə özünüz də təəccüb qalacaqsınız. Romantik aludəçilik də mümkündür.
Buğa - İşdə münaqişələrdən qaçmaq üçün inanılmaz sülhpərvərlik göstərməyə məcbur olacaqsınız. Sizə elə gəlir ki, qədrinizi bilmirlər (əlbəttə, çox zaman bunda haqlısınız). Belə şəraitlə barışmaq istəmirsiniz, amma seçdiyiniz mübarizə üsulları səmərəli deyil. Özünüzü atəşə atmayın. Bir az fikirləşib düşmənlərinizi yolunuzdan götürmək üçün plan qurun.
Evdə isə vəziyyət başqadır: burada ahəngdarlıq və qarşılıqlı anlaşma hökm sürür. Xanım Buğaları komplimentlər və xoş diqqət gözləyir.
Əkizlər - Mənfi tendensiyaların çoxluğu sizi qorxutmur. Əhvalınız əladır, çox nikbinsiniz. Heç bir maneə qarşınızda duruş gətirmir. Yeni layihələrə başlaya, sövdələşmələr qura bilərsiniz. Hətta düşmənlərinizlə də danışıqlar apara bilərsiniz: onları öz tərəfinizə çəkə bilməsəniz də, heç olmasa tərksilah edərsiniz.
İşə köklənmək asan olmayacaq: şəxsi məsələlər, ailə ilə bağlı fikirlər buna imkan verməyəcək. Ancaq bu, elə də ciddi problemlər yaratmayacaq. Ciddi səhvlər buraxmayacaqsınız, xırdaları isə kimlərsə düzəldəcəklər.
Xərçəng - İşlər hamar və rəvan getmir. İşgüzar aktivliyinizlə də qürrələnə bilməzsiniz. Faydalı imkanları qaçıra, tənbəlliyiniz ucbatından maraqlı təklifləri rədd edə bilərsiniz. İş ortaqlarınızdan çox şey gözləməyin, üstəlik, əgər onlar gözləntilərinizi doğrultmasalar, inciməyin. Bu, bir çox mümkün xoşəgəlməz situasiyaların qarşısını alar.
Ətrafınızda baş verən bütün hadisələrə çox emosional reaksiya verirsiniz. Əgər yanınızda sizi dəstəkləyən, başa düşən insan varsa, o qədər də narahat olmağa dəyməz. Amma əgər yaxşı sözləri sizə yalnız nəzakət xatirinə deyirlərsə, bu artıq qorxuludur, çünki yalanı, saxtakarlığı dərhal hiss edirsiniz.
Şir - Narahatlıq üçün heç bir əsas yoxdur, sevinib şənlənmək üçün isə səbəblər çox olacaq. Nəsə pis alınır, nəsə həddən artıq yaxşı. Ətrafınızdakılar sizin uğurlarınıza sizinlə birlikdə sevinəcəklər. Həmkarlarınız və rəhbərliklə münasibətləriniz çox yaxşıdır, iddialı Şirlər karyerada irəliləyə bilərlər.
Amma xam xəyallar qurmağa çox aludə olmayın. Tez-tez ayağınızın altında torpağın olub-olmadığını yoxlayın: yerdə də xeyli maraqlı hadisə baş verir. Yeni eşq macərasına başlamaq olar: istənilən adamı başdan çıxarmaq gücündəsiniz, ehtiyatı əldən verməyin.
Qız - Çox uğurlu gündür. Cazibədar və mehribansınız, yetəri qədər inadcıl, hazırcavab, hədsiz istedadlısınız - əlbəttə ki, bu keyfiyyətlərinizin sayəsində lazımi adamlarda lazımi təəssürat yaratmaq heç də çətin deyil. Hətta ən çətin məsələləri şən, nikbin əhval-rühiyyə ilə müzakirə edir və bununla opponentlərinizə çıxış yolu qoymursunuz: onlar qeyd-şərtsiz təslim olurlar.
Axşam da gözəldir. İstənilən məşğuliyyət faydalı olacaq: istər tədbirə qatılın, istərsə də romantik görüşə gedin, xoş təəssüratlara zəmanət verilir.
Tərəzi - Gününüz uğursuz başlayır. Yaxınlarınızla, yaxud rəhbərliklə mübahisələr gözlənilir, iş ortaqlarınızla ciddi fikir ayrılıqları olacaq. Hiss edirsiniz ki, tək qalmısınız, bu isə sizi əzir. Bəzi planlarınız həyata keçirilməmiş qalır: yeganə səbəb isə odur ki, onların öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi düşünürsünüz. Amma nahaq yerə.
Axşama doğru orijinal ideyalarınız yaranacaq. Onları həyata keçirmək üçün özünüzdə cəsarət və qətiyyət tapacaqsınız. Günün sonu romantik görüşlər, sevgilinizlə ünsiyyət üçün əladır.
Əqrəb - Bu gün süstsünüz, imkanınız olsaydı, heç bir işə əl vurmazdınız. Təəssüf ki, belə bir imkanınız olmayacaq. Özünüzü ələ almalı və uzun müddət təxirə saldığınız problemləri həll etməli olacaqsınız. Əvvəlcə iş sizi əsəbləşdirəcək, amma tədricən alışacaq, hətta ondan zövq almağa başlayacaqsınız.
Dövlət orqanlarında, vergi idarələrində işləyən insanlarla təmas qurmaq məsləhət deyil. İri əşyaların alınması üçün də uğurlu gün deyil.
Oxatan - Ünsiyyət üçün həddən artıq çətin gündür. Ya çox sərt ifadələr işlədir, ya da lazım olmayan yerdə ürəyiyumşaqlıq edir və nəzakətli olursunuz. İstəyirsiniz ki, yaxşı olsun, əvəzində isə hər şey dağılır. Bunun üçün bircə çıxış yolu görürsünüz - tənhalığa çəkilmək. Amma tək qalanda da vəziyyət barədə, ətrafınızdakıların "necə də pis insanlar" olduqları haqda fikirləşməyə davam edirsiniz. Əlbəttə ki, bu sizi sakitləşdirmir.
Günün ikinci yarısını intellektual əməyə sərf edin. Çox mürəkkəb məsələlərin qeyri-adi və asan həll yolunu tapa bilərsiniz, gözəl ideyalarınız olacaq.
Oğlaq - Günün çox hissəsinin mənfi tendensiyaların təsiri altında keçməsi mümkündür. O, lap da korlana bilər, amma əlbəttə ki, siz buna imkan verməzsiniz. Nəzərə alın ki, bu gün çox enerji sərf edirsiniz. Əslində, ətrafınızdakıları da dəstəkləmək lazım olur, amma narahat olmayın, enerjiniz hamıya çatar.
Günün əvvəlində gözəl imkanlarınız ola bilər. Bunları əldən buraxmamağa çalışın. Sübh çağından günortaya qədər məhsuldar işləyə, peşəkar və şəxsi problemlərinizi uğurla həll edə bilərsiniz. Bu müddətdə alış-veriş etmək də məsləhətdir.
Dolça - Günü pis adlandırmaq düzgün olmaz, çünki yaxşı ideyalar və sərfəli təkliflər çoxdur. Ancaq pis olan sizin kefinizdir - hər şeyi qara tonlarda görürsünüz. Nikbinliyiniz hara yox olub? Onu təcili tapın, o zaman həyatınız düzələcək.
Günün ortasında uğurlu danışıqlar mümkündür, rəğbət bəslədiyiniz bir insanla ürəkdən söhbət etmək imkanınız olacaq. Bir çox Dolçalar üçün uğur məhz axşam gələcək - unudulmaz bir görüş və yaxud yığılıb qalmış problemləri aradan qaldırmaq şansı yaranacaq.
Balıqlar - Neytral gündür, demək olar ki, vacib bir hadisə baş vermir. Həyatın axışı rəvandır, heç bir hadisə sizi çaşdırıb əziyyət vermir. Bütün problemlərinizin həlli var və bunları tapmaq üçün kifayət qədər zamana maliksiniz. Maraqlı təkliflər alacaqsınız: keçmiş ortaqlarınız yenidən peyda olacaqlar.
Ağlınız emosiyalarınızı cilovlayır, odur ki, düşünülməmiş hərəkətlər etməyəcəyinizə arxayın ola bilərsiniz. Yaxınlarınızla münasibətləriniz soyuq olsa da, hamardır.Milli.Az
Facebook-da paylaş