Qurban Qurbanov: "Çox böyük gərginlik var idi".


"Çox böyük gərginlik var idi".

 Şəffaflıq.az -ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəldikəri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib: "Matça yaxşı başlamışdıq. Sadəcə, ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı bacardıq".

Qurbanov yaxşı qalibiyyət əldə etdiklərini vurğulayıb: "Əvvəl də demişdim ki, çox intizamlı komandaya qarşı oynayırıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər qarşılaşmalara hazırlaşmalıyıq".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}