Məktəb direktoru ilə müavinin həyat yoldaşı məsuliyyətə cəlb olundu – Narkotik maddə istifadəsinə görə
Ölkə təhsilinin idarə olunmasında problemlərin varlığı, təhsil şöbə müdirlərinin, məktəb direktorlarının təyinatı zamanı düzgün olmayan seçimlərin edilməsi və nəticədə ciddi fəsadların yaranması barədə dəfələrlə yazılıb. Ölkə təhsilinin inkişafı, gələcəyi üçün ən müasir standartlara cavab verən məktəblər tikilir, avadanlıqlarla təmin olunur. Di ğəl ki, məktəblərin idarə olunmasında kadr naşılığı və diğər səbəblər bu inkişafa böyük təsir göstərir. Bu hal regionlarda daha qabariq olaraq özünü göstərir.
Şəffaflıq.az bildirir ki, Bizimxeber.az-ın elektron ünvanına daxil olan eksklüziv məlumata görə, Neftçala şəhər, Milli Qəhrəman Samit İmanov adına 1 saylı orta məktəbin direktoru Ülviyyə Abdullayeva və məktəbin tədris hissə müdiri Dilarə Səfərova ciddi problemlə üzləşiblər. Daha doğrusu, adıgedən hər iki təhsil işçisinin həyat yoldaşı AR CM-nin 234.1-ci maddəsi ilə (narkotik maddələrin aludəçisi) məsuliyyətə cəlb olunub.
Məlumatda qeyd olunur ki, dikektor Ülviyyə Abdullayevanın həyat yoldaşı Abdullayev Cavanşir Əbülfəz oğlu və tədris hissə müdirəsi Dilarə Səfərovanın həyat yoldaşı Səfərov Namiq Salam oğlu 2 il azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılıb. Hər iki şəxs elektron bilərzik taxmaqla axşam saat 23:00-dan, səhər saat 7:00-a kimi yaşadıqları ünvandan kənara çıxa bilməz.
Facebook-da paylaş