YAP Siyasi Şurasının üzvü Musa Musayev: Mənim fikrimcə, millət vəkillərinin sayı artırılmalı, eyni zamanda başqa vəzifələrdə çalışan məmurların deputatlığına son qoyulmalıdır.
Şəffaflıq.az xəbər verir ki, bunu keçmiş millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Musayev deyib. O, bildirib ki, bu islahatların davamı olacaq. Keçmiş millət vəkili düşünür ki, Azərbaycan əhalisinin sayı 1995-ci ilə nisbətən bir neçə milyon nəfər artıb və seçicilərin, seçki məntəqələrinin də sayı sürətlə artır:
“Bəs Azərbaycan parlamentində deputatların sayı niyə artmasın? Mənim fikrimcə, millət vəkillərinin sayı artırılmalı, eyni zamanda başqa vəzifələrdə çalışan məmurların deputatlığına son qoyulmalıdır.
Milli Məclis deputatın daimi iş yeri olmalıdır və onlar yalnız xalqın mənafeyi ə dövlətin inkişafına xidmət edən qanunların hazırlanması ilə məşğul olmalıdırlar”.
Qeyd edək ki,qanunvericiliyə görə Azərbaycan parlamentində hazırda 125 deputat təmsil olunur.
Facebook-da paylaş