“Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pisləyib


Azərbaycanın QHT qrupunun yaratdığı “Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə (Yerasx) inşa edilən metallurgiya zavoduna reaksiyasını pisləyib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə koalisiyanın bəyanatında deyilir.

“Biz Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan həm yerli, həm də xarici şirkətləri ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini və bununla bağlı məlumatları ictimaiyyətə açıq etmək üçün dərhal öz rəsmi internet saytlarında dərc etməyə çağırırıq. Məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır”, - bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan bu məsələnin təsir göstərdiyi şəxslərə zavodun fəaliyyəti haqqında məlumat ala bilmələri, qərarların qəbulu proseslərində və ətraf mühitə dəyəcək hər hansı zərərin aradan qaldırılması zamanı iştiraklarını təmin etmək öhdəliklərini yerinə yetirməyə borcludur.

“Environmental Protection First” Koalisiyası hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) prinsiplərinə əsasən, şirkətlərin insan hüquqlarına hörmət etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısını alması zəruridir: “Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisində iştirak edən bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və bunları istehsalat təcrübələrində tətbiq etməyə çağırırıq”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}