Türkiyə Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa çağırıb
Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa və hərbi əməliyyatları dayandırmağa çağırıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ-nin iclasının yekunlarına dair bəyanatda deyilir. “Rusiya və Ukrayna arasındakı müharibənin gedişi və onun regionumuz üçün mümkün gələcək nəticələri ətraflı müzakirə edilib. Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil. Ona görə də tərəfləri danışıqlar masası arxasına oturmağa və dərhal müharibəni dayandırmağa çağırırıq”, - MTŞ-nin bəyanatında bildirilib. Bundan əlavə, qeyd olunub ki, “Taxıl sazişi”nə qayıdış ehtiyacı olan ölkələr üçün mümkün mənfi nəticələrin qarşısını alacaq və ərzaq sabitliyinə töhfə verəcək.
Facebook-da paylaş