“Araz-Naxçıvan” daha bir özbəkistanlı oyunçunu icarəyə götürüb


“Araz-Naxçıvan” futzal klubu daha bir özbəkistanlı oyunçunu heyətinə qatıb.

Klubun mətbuat xidmətindən  verilən məlumata görə, müdafiəçi Dilşod Rahmatov ölkə çempionu ilə anlaşıb.

Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” Özbəkistan millisinin üzvünü “Jizzax-Kenteks”dən icarəyə götürüb. 34 yaşlı Dilşod Rahmatov Çempionlar Liqasının oyunlarında Vitali Borisovun rəhbərlik etdiyi Azərbaycan çempionuna kömək edəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsində Özbəkistan yığmasının hücumçusu Husniddin Nişonovu da icarəyə götürüb. Həmçinin braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı qapıçı Luka Pavloviç heyətə qoşulub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}