Rasim Balayev: “O olmasın, bu olsun"u aktyorlar elə oynayırdılar ki, elə bilirdim real şəxslərdir"


“O olmasın, bu olsun" filmini aktyorlar elə oynayırdılar ki, elə bilirdim real şəxslərdir".

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Azərbaycan kinosunun 125 illiyi və "Azərbaycanfilm" kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı tədbirində Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev deyib.

Xalq artistinin sözlərinə görə, “O olmasın, bu olsun" filminə baxanda o, 7-ci sinifdə oxuyub.

“Aktyorlar o qədər səmimi rol oynayırdılar ki, onların aktyor olduğunu bilmirdim, elə bilirdim real şəxslərdir. Bu filmə bəlkə də 100 dəfə baxmışam. Orada böyük aktyor oyunları var. Ayrı-ayrı tiplər var idi ki, onlar mənim çox xoşuma gəlir", - R.Balayev vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}