“Vaqnerçilər”in Belarusa gəlişi ilə əlaqədar Latviyada xüsusi sərhədçilər dəstəsi yaradılacaq.


“Vaqnerçilər”in Belarusa gəlişi ilə əlaqədar Latviyada xüsusi sərhədçilər dəstəsi yaradılacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “RBK Ukraina” “The Guardian”a istinadən məlumat yayıb.

Latviya sərhəd xidmətinin rəhbəri Quntis Puyatsın bildirdiyinə görə, ölkədə xüsusi sərhəd dəstəsinin hazırlanmasına başlanılıb. “Bu, “Vaqner” muzdlularının bir dəstəsinin Belarusa gəlişinə və bir neçə Belarus helikopterinin Polşa ilə sərhədi keçməsi barədə xəbərlərə Latviyanın cavabıdır”, - o deyib.

Q.Puyatsın sözlərinə görə, Belarus miqrantlardan “hibrid müharibə”nin aləti kimi istifadə etməyə başlayandan bəri Latviya ölkə üçün riskləri qiymətləndirir, amma “Vaqnerçilər”in gəlişi ilə risklər daha da böyüyüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}