Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.


Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.

Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi iyulun 29-da keçirməyi planlaşdırdığı müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan texniki səbəblərdən avqustun 1-nə keçirilib.

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}