“AirPod”lar sahibinin beyin fəaliyyətini izləyə biləcək
“Apple” istifadəçinin beyninin biosiqnallarını və elektrik fəaliyyətini izləyə biləcək “AirPods” simsiz qulaqlıqlarını patentləşdirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-nin Patent və ticarət nişanları bürosunun saytında məlumat verilib. Sənəddə göstərilir ki, son nəsil “AirPods” qulaqlıqlarındakı yeni xüsusiyyətlər aksesuarın gövdəsində və uclarında yerləşdirilmiş xüsusi elektrodlar sayəsində çalışacaq. Bunlar istifadəçinin beyninin biosiqnallarını və elektrik fəaliyyətini ölçməyə imkan verəcək. Tətbiqdəki biosiqnal əsaslı tədqiqatlar arasında elektroensefaloqrafiya (EEQ), elektromiyoqrafiya (EME), elektrookuloqrafiya (EOQ) və elektrokardioqram (EKQ) var. Bu tədqiqat metodları müxtəlif beyin, görmə və ürək xəstəliklərini aşkar etmək üçün istifadə olunur.
Facebook-da paylaş